Orxan Əlizadədən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Bu mürəkkəb şəraitdə atdığınız düzgün addımlar nəticəsində ölkəmiz qlobal pandemiya vəziyyətində minimum itkilərlə mübarizə aparır. Dünyanı cənginə alan koronavirusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə, bu çətin günlərdə də xalqın yanında olduğunuza və xalqa qayğı göstərdiyinizə görə şəxsən öz adımdan və ailəmin adından Sizə dərin minnətdarlığımı bildirirəm.
Koronavirus pandemiyası dövründə bütün rayonlarda olduğu kimi, Suraxanı rayonunda yaşayan aztəminatlı ailələrə ərzaq yardımları, işsiz vətəndaşlara 190 manat birdəfəlik müavinət verilməsi sakinlərimizi sevindirdi.
Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaqdır. Allah Sizi, ailənizi və xalqımızı qorusun.
Hörmətlə,
Əlizadə Orxan İsmayıl oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi.