30 iyun 2020, 12:45

Nəriman Orucovdan, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Ağcabədi rayonuna növbəti səfəriniz bütün rayon əhalisi kimi, biz gənclərin də böyük fərəh və iftixarına səbəb oldu. Ağcabədi ASAN xidmət mərkəzinin açılışı zamanı gənclərin və könüllərin bir qrupu ilə görüşünüz zamanı gənclərə olan etimadınız və verdiyiniz tövsiyyələr biz gənclərə mayak kimi istiqamət verdi. Hər bir Azərbaycan gənci Sizin gördüyünüz işlərin dəyərini çox yaxşı bilir və hər zaman Sizə güvənir. Siz də daim gənclərə inanır, bizə qayğı və dəstək göstərirsiniz. Son vaxtlar ölkəmizdə bütün sahələrdə, o cümlədən kadr sahəsində aparılan islahatlar, savadlı, mənəvi cəhətdən təmiz gənclərə etimad göstərilərək məsul vəzifələrə irəli çəkilməsi bunun əyani sübutudur.

Cənab Prezident, son vaxtlar dünyada geniş yayılmış koronavirus pandemiyası təəssüf ki, Azərbaycandan da yan keçmədi. Ölkəmizdə COVID-19 virusunun geniş yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən sistemli addımlar atılır. Biz xalq olaraq bu çətinliyin öhdəsindən birgə gələcəyimizə inanırıq. Vətəndaşların sağlamlığını düşünərək qabaqlayıcı tədbirlərin görülməsi, vəziyyətə uyğun zəruri işlərin görülməsi, insanların sosial müdafiəsinin təmin olunması istiqamətində gördüyünüz bütün işlərə görə Ağcabədi gəncləri adından Sizə təşəkkür edir, titanik fəaliyyətinizdə uğurlar arzulayıram. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Orucov Nəriman Mürvət oğlu

YAP Ağcabədi rayon Gənclər birliyinin şura üzvü

Azərbaycan Respublikası, Ağcabədi rayonu.