29 iyun 2020, 17:10

Faiq Şıxəlizadədən, Lənkəran, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin dünyanı ağuşuna almış bu pandemiya dönəmində göstərdiyiniz səyləri, vətəndaşlarımızın sağlamlığı, əhalinin sosial vəziyyətinin sabit saxlanılması istiqamətində atdığınız uğurlu addımları yüksək qiymətləndiririk. Karantin dövründə cəmiyyətin bütün sahələrinə, o cümlədən, təhsilin davam etdirilməsi, şagirdlərin və müəllimlərin tədris prosesindən kənarda qalmaması istiqamətində verdiyiniz tapşırıqlara və həyata keçirdiyiniz çevik fəaliyyətinizə görə bir vətəndaş və bir təhsil işçisi kimi Sizə dərin təşəkkürümü bildirirəm. İnanırıq ki, xalqımız da pandemiya şəraitinin bütün qaydalarına əməl edəcək və biz dövlət olaraq bu ağır vəziyyətdən üzüağ çıxacağıq. Son dövrlərdə regionların sosial-iqtisadi inkişafı və korrupsiya ilə mübarizə sahəsində də görülən böyük işlərə görə Sizə dərin minnətdarlığımı bildirir və yorulmaz fəaliyyətlərinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Şıxəlizadə Faiq

Lənkəran rayon Türkəncil kənd ümumi orta məktəbin coğrafiya müəllimi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvü

Azərbaycan Respublikası, Lənkəran rayonu, Cil kəndi.