Mütəllim Mütəllimzadədən, Naxçıvan, Azərbaycan
Möhtərəm cənab Prezident.
Dünya ölkələrini təşvişə salan, dövlətləri müflisləşmə həddinə qədər gətirib çıxaran COVID-19 pandemiyasının ölkəmizdə yarada biləcəyi fəsadların qarşısınının böyük ölçüdə alınması Sizin uzaqgörənliyinizin, yüksək idarəçilik qabiliyyətinizin, yeritdiyiniz düzgün siyasətin nəticəsidir. Bu sınaq ölkəmizdə xalqın dövlətə olan inamını, güvənini bir daha sübut etdi. Bu hadisələrin baş verdiyi dövrdə xalqımızın rifahı naminə görülən tədbirlər, atılan addımlar xalqımız tərəfindən yüksək qiymətləndirildi. Ümummilli lideri Heydər Əliyev kimi, Siz də Azərbaycan xalqını təhlükəli vəziyyətlərdən qəhrəmancasına xilas edirsiniz.
Koronavirusa yoluxmanın aşkar olunduğu ilk vaxtdan etibarən xalqımızın sağlamlığını hər şeydən üstün tutmağınız xalqa verdiyiniz dəyərin təzahürüdür. Eyni zamanda, karantin qaydalarına xalqımızın mütləq əksəriyyətinin əməl etməsi xalqın dövlətə bağlılığının göstərisidir. Xalqımızın bu çətin sınaqdan xilas olunması üçün gördüyünüz tədbirlərə görə Sizə öz adımdan, ailəmin adından təşəkkür edirəm, cənab Prezident.
Əzəli torpaqlarımızın qaytarılması uğrunda apardığınız mübarizədə Sizin siyasətinizi hər zaman dəstəkləyir, dövlətimiz, dövlətçiliyimiz, xalqımız uğrunda hər bir tapşırığa hazır olduğumu bildirirəm.
Hörmətlə,
Mütəllimzadə Mütəllim Şəmil oğlu
Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Yuxarı Əndəmic kəndi.