İsmayıl Məhərrəmovdan, Ağcabədi, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin iyunun 18-də “Şərq Tərəfdaşlığı” ölkələrinin dövlət başçılarının videokonfrans formatında keçirilən Sammitindəki dərin məzmunlu çıxışınızdan qürur duyuruq. Sizin işğalçı Ermənistanın baş naziri Paşinyanı irqçilik mövzusunda atdığı replikaya cavab olaraq tarixi faktlarla susdurmağınız Ağcabədi rayonunun Qarabağ müharibəsi əlillərini, şəhid ailələrini, veteranları hədsiz dərəcədə məmnun etdi. Biz bir daha əmin olduq ki, torpaqlarımız Sizin rəhbərliyinizlə yaxın vaxtlarda erməni silahlı qüvvələrinin işğalından tamamilə azad ediləcəkdir.
Hörmətli cənab Prezident, şəhid ailələrinə və Qarabağ qazilərinə göstərdiyiniz diqqət və qayğı həyatımızda misilsiz rol oynayır. Qarşılaşdığımız çətinliklərin aradan qaldırılması ilə əlaqədar dövlət qurumlarına ünvanladığımız müraciətlərə həssaslıqla yanaşılır, vaxtında lazımi tədbirlər görülür. Mən Qarabağ müharibəsi veteranıyam. Müharibədə bir ayağımı itirmişəm. Amma Sizin biz veteranlara olan doğma münasibətiniz mənə bütün ağrılarımı unutdurur. Qarabağ qaziləri və şəhid ailələri Sizi özlərinin ən böyük himayədarı və dostu bilirlər.
Hörmətli Ali Baş Komandan, bizə - Qarabağ müharibəsi veteranlarına, əlillərə, şəhid ailələrinə göstərdiyiniz qayğıya görə Sizə və Mehriban xanıma təşəkkürümüzü bildirirəm. Allah Sizi qorusun.
Hörmətlə,
Məhərrəmov İsmayıl Əsgər oğlu.
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Hüsülü kəndi.