Məhəmməd Paşazadədən, Lənkəran, Azərbaycan
Əziz Prezidentimiz.
Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən sammitində Dağlıq Qarabağla bağlı tarixi faktlara əsaslanan çıxışınızı ailəmlə birlikdə dinlədik. Şəxsən mənə çox böyük qürur hissi verdi. Xüsusilə də erməni baş nazirin yersiz müdaxiləsinə verdiyiniz tutarlı cavab qəlbimi riqqətə gətirdi. Öz terrorçuları ilə məşhur olan ermənilərin azərbaycanlıları irqçiliqdə günahlandırmaq cəhdi gülüş doğurur. Bu qəbul edilməz bir böhtandır və növbəti erməni təxribatıdır. Çünki, bütün dünya Azərbaycanı tolerant və multikultural dəyərlərin bərqərar olduğu ölkə kimi tanıyır və bu təcrübəni başqalarına nümunə göstərir.
Mənim ulu babalarım Qərbi Azərbaycan torpaqlarında yaşayıblar. Məhz, ermənilərin etnik təmizləmə siyasəti nəticəsində onlar tarixi torpaqlarından, öz yurd-yuvalarından köçürülmüşlər. Güman edirəm ki, hər bir azərbaycanlı öz tarixini dərindən bilməlidir.
Sizinlə fəxr edirik, cənab Prezident.
Hər bir sahədə olduğu kimi, beynəlxalq arenada da Sizə güvənirik. Təşəkkür edirik.
Hörmətlə,
Paşazadə Məhəmməd Elxan oğlu
Azərbaycan Respublikası, Lənkəran şəhəri.