Arif Babayevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Bu gün mən firavan bir ölkədə yaşayıram. Ölkəm gündən-günə gözəlləşir. Yaşadığım Suraxanı rayonunda da abadlıq-quruculuq işləri aparılır, hər yaşdan olan sakinlərin asudə vaxtını səmərəli keçirməsi üçün şərait yaradılır, gözəl parklar salınır, uşaqların əylənə bilməsi üçün maraqlı atraksionlar quraşdırılır.
Cənab Prezident, bunların hamısı məhz Sizin vətəndaşlara verdiyiniz dəyər sayəsində başa gəlir. Məlum olduğu kimi, bütün dünya COVID-19 pandemiyasından xilas olmaq üçün mübarizə aparır. İnanıram ki, Sizin vaxtında gördüyünüz qabaqlayıcı tədbirlər nəticəsində, ölkəmizdə də bu virusun qarşısı alınacaq və yenidən sağlam həyata davam edəcəyik. Allah Sizi qorusun.
Hörmətlə,
Babayev Arif Mülhət oğlu
Fərdi sahibkar
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi.