24 iyun 2020, 12:00

Nəcəf İsgəndərovdan, Laçın, Azərbaycan

Hörmətli cənab Prezident.

1992-ci il mayın 18-də doğma yurd-yuvamiz olan Laçın rayonundan məcburi köçkün düşərək 28 il Ağcəbədi rayonunun Taxtakörpü adlanan ərazisində şəraiti ağır olan qamış evlərdə yaşamışıq. Mən doğma yurd-yuvamı canlı olaraq görməsəmdə böyüklərimin mənə danışdığı və sosial şəbəkələrdə gördüyüm görüntülər mənə işğal altında olan əzəli torpaqlarmızın bir cənnət olduğunu çox yaxşı anladıb. Məndə və mənim kimi minlərlə gəncdə ali təhsil almağa inam hissini Siz yaratmısınız. Məcburi köçkün olaraq bu diqqət və qayğının şəxsən özüm şahidi olmuşam. Bu müraciəti ünvanlamaqda məqsədim də ailəmizə qarşı göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür etməkdir.

Cənab Prezident, 2019-cu ilin sonunda Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə ailəmiz də evlə təmin olundu. Bizə edilən bu yaxşılığı heç vaxt unutmayacağıq. Göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mən də Azərbaycan gənci olaraq daim siyasətinizi dəstəkləyir, Vətənim, dövlətim üçün layiqli vətəndaş olmağa çalışıram. Tanrı Sizləri qorusun.

Hörmətlə,

İsgəndərov Nəcəf Namiq oğlu

Azərbaycan Respublikası, Laçın rayonu, Şeylanlı kəndi.