09 iyun 2020, 16:45

Dövlət Rzayev və başqalarından, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Koronavirus pandemiyası dünya ölkələrinin iqtisadiyyatına, eləcə də kənd təsərrüfatına mənfi təsirini göstərməkdədir. Artıq pandemiyanın cəmiyyətin həyatına təsiri göz önündədir. Məhz Sizin rəhbərliyinizlə Azərbaycanda həyata keçirilən tədbirlər nəticəsində koronsvirusun geniş yayılmasının qarşısı alınır, həmçinin pandemiyadan sonrakı dövrdə iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı üçün proqramlar qəbul olunur.

Sizin aqrar sahəyə diqqətiniz ölkəmizi mümkün çətinliklərdən qorumaq əzminizin göstəricisidir. Pandemiya dövründə sahibkarların, fermerlərin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının xarici bazarlara çıxarılması üçün göstərdiyiniz dəstək və kömək bizim heç bir halda tək olmadığımızın, Sizin diqqətinizlə əhatə olunduğumuzun sübutudur.

Bu dəstək və köməyə görə Sizə minnətdarlığımızı bildiririk. Sizin qarşıya qoduğunuz vəzifələr kənd təsərrüfatının inkişafına xidmət edir. Biz də öz zəhmətimizlə, yetişdirdiyimiz keyfiyyətli məhsullarla bu vəzifələrin icrasına kömək etməyə hazırıq.

Hörmətlə,

Rzayev Dövlət Tarqulu oğlu

Bağırov Barat Əliyusif oğlu

Nağıyev Rahim Bəhrəm oğlu

Səlimov Cavanşir Əjdər oğlu

Rzayev Zakir Həsən oğlu.

Azərbaycan Respublikası, Cəlilabad rayonu, Üçtəpə kəndi.