18 may 2020, 18:35

Bəylər Əzimovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Siz zəngin siyasi təcrübəniz və yüksək idarəçilik istedadınızla həyatınızı həmişə dövlətimizə xidmət etməyə həsr etmisiniz. Ölkəmizin beynəlxalq nüfuzunun artması, siyasi kursunuzun xalq tərəfindən dəstəklənməsi buna əyani sübutdur. Ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə milli strategiya planınız uğurla davam etdirilir. Təbii ki, bunların hər biri vətəndaşın rahat yaşamasına və bürokratik əngəllərin aradan qaldırılmasına geniş töhfə verir. Gənc peşəkar kadrları vəzifələrə təyin etməyiniz ölkəmizdə çevik idarəçilik mühiti formalaşdırır. Rəhbərliyinizlə aparılan kadr islahatları ölkənin dayanıqlı inkişafının təmin edilməsinə hesablanmışdır. Korrupsiyaya qarşı qətiyyətli mübarizədə prinsipial mövqeyinizi ortaya qoymanız vətəndaş-məmur münasibətlərinin sağlam və adekvat inkişafına zəmin yaradır. Bu gün savadlı, müasir dünyagörüşlü, vətənpərvər gənc kadrların mühüm dövlət postlarına rəhbər gətirilməsi ümummilli lider Heydər Əliyevin bizə irs qoyduğu zəngin təcrübənin nəticəsidir. Dövlətimizin etibarlı əllərə verilməsi üçün layiqli kadrlar irəli çəkilir. Bu da öz növbəsində vətəndaşlar tərəfindən böyük alqışla qarşılanır. Sizə möhkəm cansağlığı və ölkəmizin daha da inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Əzimov Bəylər.

Azərbaycan Respublikası, Bakı şəhəri.-