Ağahəsən Rəsulovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Son zamanlar dünyanı bürüyən koronavirus pandemiyasının ölkəmizə təsirin azaldılması istiqamətində Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində çox mühüm işlər görülüb , ölkəmiz dayanıqlı inkişaf yoluna qədəm qoyub. Sizin vaxtında verdiyiniz dəqiq və konstruktiv qərarların mərkəzində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Sizin liderlik xüsusiyyətləriniz, xalqımıza ünvanlandığınız qayğıkeş müraciətləriniz xalqı ətrafınızda birləşdirməklə bir daha birlikdə güclü olduğumuzu sübut etdi.
Cənab Prezident, rəhbərlik etdiyim xəstəxanamızın bütün kollektivi adından Sizə tam dəstəyimizi ifadə edir və fəaliyyətinizdə uğurlu arzulayırıq.
Hörmətlə,
Rəsulov Ağahəsən, “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru.
Azərbaycan Respublikası, Bakı şəhəri.