12 may 2020, 18:40

Ella Yaqubovadan, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident.

Mədəniyyət xadimlərinə təqdim etdiyiniz mükafata görə Sizə dərin minnətdarlığımı bildirirəm. Mənim 74 yaşım var, 55 ildir səhnədə fəaliyyət göstərirəm. Əmək veteranıyam. Azərbaycan mədəniyyətinə, incəsənətinə ömrümün sonuna kimi xidmət etməyə hazıram, borcluyam. Sizin yaşlı nəslin nümayəndələrinə etdiyiniz bu dərin hörmət, xalqın rifahı yolunda atdığınız addımlar xalqa bağlı olmağınızdandır.

Üç rəngli bayrağı öpüb and içən

Müqəddəs Quranın altından keçən

Bu gündən sabaha doğru yol seçən

Elimin oğlusan Prezidentim,

Dahinin oğlusan Prezidentim.

Hörmətlə,

Yaqubova Ella İsmayıl qızı

Azərbaycan Respublikasının Xalq Artisti

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.