Maarif Əsədov və başqalarından, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.
Bütün bəşəriyyəti caynağına almış koronovirus pandemiyası Sizin qabaqlayıcı tədbirlərinizin qarşısında geri çəkildi. Son zamanlar dəmir kəsərli çıxışlarınız sübut edir ki, Siz bərki-boşu görmüş mükəmməl siyasətçisiniz, təkcə Azərbaycanda deyil, bütün türk dünyasında sevilirsiniz.
Bu ərəfədə həmişəki kimi əhalinin aztəminatlı təbəqəsini diqqətdə saxlamanız, onların rifahı üçün böyük məbləğdə pul ayırmanız Ağcabədi rayonunda məskunlaşan laçınlı məcburi köçkünlərin yaşayışına da müsbət təsir göstərib.
Bizə göstərdiyiniz qayğıya görə Sizə təşəkkürümüzü bildirir, ölkəmizin gələcəyi və firavanlığı naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Əsədov Maarif
Bəylərov Əlqəmə
Quliyev Vaqif
Hüseynov Murad
Laçın rayonundan məcburi köçkünlər
Azərbaycan Respublikası, Ağcabədi rayonu.