Seyid Hüseyn Mahmudovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Son zamanlar dünyanı bürüyən koronavirus pandemiyası demək olar ki, bütün ölkələrə öz mənfi təsirini göstərmişdir. Sərhədlərin bağlanması, ticari əlaqələrin kəsilməsi insanların həyat şəraitinin çətinləşməsinə səbəb olmuşdur. Bu baxımdan sözügedən pandemiyanın mənfi təsirləri bizim dövlətimizdən də yan keçməyib. Sizin rəhbərliyinizlə dövlətimiz tərəfindən vaxtında görülən lazımi tədbirlər nəticəsində insanlarımız arasında virusun geniş yayılmasının qarşısı alınmışdır.
Cənab Prezident, belə günlərdə Sizin xalqın yanında olmağınız, aztəminatlı insanlara maddi dəstək olaraq 2 ay müddətində 190 manat birdəfəlik müavinət ayırmağınız bir daha sübut edir ki, "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" ifadəniz təkcə sözdə deyil, həm də əməldə öz təsdiqini tapır.
Möhtərəm cənab Prezident, mən bir Azərbaycan vətəndaşı, jurnalist kimi apardığınız daxili və xarici siyasəti dəstəkləyirəm. Xalqımızın bu çətin vəziyyətində Lider kimi insanlarımıza dəstək olduğunuz, "Mən hər bir azərbaycanlının Prezidentiyəm" ifadənizi real əməllərinizlə sübut etdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. İnanıram və əminəm ki, ulu öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanımız Sizin apardığınız uğurlu siyasət sayəsində daha da qüvvətlənəcək, daha da inkişaf edəcəkdir. Çünki, xalq-iqtidar birliyi buna zəmin yaradır.
Cənab Prezident, Sizə bütün işlərinizdə uğurlar arzulayır və bir daha təşəkkür edirəm.
Hörmətlə,
Mahmudov Seyid Hüseyn.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.