30 aprel 2020, 11:00

Eylem Gültekin və Közhan Yazgandan, İstanbul, Türkiyə

Hörmətli Prezidentimiz.

Türk Dünyası Araşdırmaları Vəqfinin himayəsi altında 1992-ci ildən etibarən fəaliyyət göstərən Türk Dünyası Bakı Atatürk Liseyimiz Sizin yüksək diqqətinizlə minlərlə azərbaycanlı uşaq və gənci müasir ehtiyaclar və milli dəyərlər ruhunda ulu öndərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsi ilə yetişdirməyə davam edir.

Ali rəhbərliyiniz altında hökumətinizin və dövlət qurumlarınızın sistemli, uğurlu fəaliyyəti, xalqınızın məsuliyyətli və düşüncəli davranışı sayəsində dörd ay boyunca bütün dünyada böyük insan tələfatı ilə yanaşı, ciddi sosial və iqtisadi itkilərə səbəb olan koronavirus (COVID-19) pandemiyasından Azərbaycanın dünya miqyasında ən az zərərlə çıxması şəksiz bir reallıqdır. Sizin rəhbərliyinizlə Azərbaycan dövlətinin pandemiyanın səbəb olduğu maddi və mənəvi zərərlə əlaqədar bütün qurumlara, hüquqi və fiziki şəxslərə göstərdiyi dəstək və yardım xəstəlikdən sonrakı müddət üçün də bütün narahatlıqları aradan qaldırmaqdadır.

Hörmətli Prezidentimiz, Bakı Atatürk Liseyi olaraq Sizə və hörmətli Mehriban xanım Əliyevaya koronavirus (COVID-19) pandemiyasına qarşı apardığınız son dərəcə uğurlu mübarizəyə görə minnətdarlığımızı bildirir, qısa zamanda gözəl günlərə çatacağımıza inamımızı ifadə edirik.

Dərin hörmətlə,

Eylem Gültekin, Bakı Atatürk Liseyinin müdiri

Közhan Yazgan, Türk Dünyası Araşdırmalar Vəqfinin rəhbəri

Türkiyə Respublikası, İstanbul şəhəri.