27 aprel 2020, 12:55

Nazim Zeynalovdan, Hacıqabul, Azərbaycan

Hörmətli cənab Prezident.

Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizə təsirinin azaldılması istiqamətində Sizin müdrik və uzaqgörən siyasətiniz nəticəsində çox mühüm işlər görülüb.

Sizin “Mənim üçün Azərbaycan vətəndaşının sağlamlığının qorunması, onun təhlükəsizliyinin təmin olunması hər şeydən üstündür” sözləriniz öz xalqının taleyinə ürəkdən yanan müdrik rəhbər, dövlət başçısı kimi çətin gündə Azərbaycanın hər bir vətəndaşına sevginizi, qayğınızı ifadə edir.

Azərbaycanda virusun qeydə alındığı gündən bütün qüvvələr səfərbər edilərək, xüsusi karantin rejimi tətbiq olundu. Sizin təşəbbüsünüzlə Türk Şurasının videokonfrans vasitəsilə keçirilən Zirvə görüşündəki əhatəli çıxışınızla ölkələri əməkdaşlığa çağırdınız.

Bütün bunlar sübut edir ki, apardığınız uğurlu siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı dayanır. Xalqımızın sağlamlığı, təhlükəsizliyi naminə göstərdiyiniz fədakarlığa, yüksək qayğıya görə rayonumuzun sakinləri adından Sizə təşəkkür edirik. Bu çətin günlərdə Siz xalqımıza dayaqsınız, xalqımız da Sizə güvənir, Sizinlə qürur duyur. Qürur duyuruq ki, dar məqamda düzgün qərar qəbul edən, xalqı təhlükədən qoruyan Sizin kimi Prezidentimiz, rəhbərimiz var. Ulu Tanrı Sizi qorusun.

Hörmətlə,

Zeynalov Nazim Fətixan oğlu.

Azərbaycan Respublikası, Hacıqabul rayonu.