23 aprel 2020, 18:35

Zaur Cəfərovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizə nə qədər təşəkkür etsək, nə qədər öz dərin minnətdarlığımızı bildirsək azdir. Siz hər zaman Azərbaycan xalqının yanında olmusunuz və daim ölkə vətəndaşlarının sosial rifahının yüksəlməsinə xidmət edən siyasət irəli sürmüsünüz. Vətəndaşların sağlamlığı Sizin üçün hər şeydən önəmlidir. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronovirusla Mübarizəyə Dəstək Fonduna ayrılan maddi vəsait, Sumqayit Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı, Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlər, telekanallarda izlədiyimiz çıxışlarınız, açılışlarında şəxsən iştirak etdiyiniz səhiyyə ocaqları, bu və digər tədbirlərin həyata keçirilməsi bir daha sübut edir ki, Siz Azərbaycanı yaşadır, inkişaf etdirirsiniz.

Siz hər bir azərbaycanlının Prezidentisiniz. Mən bir vətəndaş və Azərbaycanın idman şərəfini daim ləyaqətlə təmsil edən idmançı olaraq Sizə öz dərin minnətdarlığımı bildirirəm.

Cənab Prezident, Sizinlə fəxr edirik. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Cəfərov Zaur Əliağa oğlu

4 qat dünya, 4 qat Avropa çempionu

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.-