21 aprel 2020, 16:45

Teymur Əhmədovdan, Ağsu, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu gün hər bir azərbaycanlı yaxşı bilir ki, onu düşünən, onun qayğısına qalan Prezidenti var. Siz dünyanı bürüyən virusun ölkəmizdən tezliklə yox olması üçün əlinizdən gələni edirsiniz. İşləyən bütün şəxslərin maaşı vaxtında verilir və işləməyən şəxslərə də müavinətlər ayrılır.

Mən gənc şair kimi Sizin sayənizdə heç nəyin qayğısını çəkmədən evdə yaradıcılıqla məşğul oluram. Bu ağır günlərdə mənə və bütün xalqımıza gözəl şərait yaratdığınıza görə Sizə bir daha təşəkkür edirəm.

Allah Sizi var eləsin. Ulu Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Əhmədov Teymur Valeh oğlu, Ağdam rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Ağsu rayonu, Xanbulaq kəndi.