Xosrov Hüseynov və başqalarından, Ağcabədi, Azərbaycan
Hörmətli cənab Prezident.
Dünya iqtisadiyyatı çətin günlər yaşayır. Azərbaycanın da bir çox çətinliklərlə üzləşdiyi bir vaxtda Laçın rayonundan olan məcburi köçkünlər üçün Ağcabədi rayonunun ərazisində 256 evdən ibarət qəsəbənin tikilib təhvil verilməsi Sizin bütün hallarda bizləri düşündüyünüzü göstərir. Bu günlərdə evlərin bizlərə verilməsinin böyük mənası var. Bu, Azərbaycan dövlətinin vətəndaşlarını heç bir halda darda qoymayacağını bir daha sübut edir.
Bununla yanaşı, məcburi köçkünlərin məskunlaşdığı ərazilərin dezinfeksiya edilməsi, aztəminatlı ailələrin yardımla təmin olunması xalqımızın əmin əllərdə olduğunu göstərir. Var olun, cənab Prezident!
Hörmətlə,
Hüseynov Xosrov
Məmmədov Fikrət
Məmmədov Eldəniz, Laçın rayonundan məcburi köçkünlər.
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsi.