Adil Hüseynov və başqalarından, Salyan, Azərbaycan
Hörmətli cənab Prezident.
Dünya iqtisadiyyatını çökdürən, insanları çıxılmaz vəziyyətə salan koronavirus pandemiyasına qarşı ölkəmizdə görülən əməli tədbirlərə görə Sizə təşəkkür edirik. Hər zaman xalqın yanında olmağınız və tərəfinizdən həyata keçirilən sosial siyasət vətəndaşlarımızda sabaha böyük inam yaradır. Pandemiyanın ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində görülən işlər bu reallığı tam əks etdirir.
Ölkəmizi daim təhdidlərdən qoruyan, davamlı və böyük uğurlar əldə etməmizə imkan yaradan amillərdən biri məhz liderlə xalq arasında olan bağlılıqdır. Bütün uğurlar Sizinlə xalqın birliyindən, Sizə olan inamdan doğur. Çətin günlərdə Siz xalqın arxasında, xalq isə dövlətinin, liderinin yanındadır.
Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız hələ uzun illər ölkəmizin uğur və zəfər simfoniyası olacaqdır.
Hörmətlə,
Hüseynov Adil Sərhəd oğlu
İbrahimov Aşur Həsən oğlu
Fətiyev Aqil Kamil oğlu
Qarayev Tofiq və başqaları.
Azərbaycan Respublikası, Salyan rayonu.