Rafiq Hüseynov və başqaları, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Uzun illər idi ki, Yeni Suraxanı qəsəbəsinin bəzi yolları bərbad vəziyyətdə idi. Sakinlərin işə, şagird və tələbələrin dərsə gedib-gəlmələrində böyük çətinliklər yaranırdı. Marşrut avtobusu qəsəbənin yalnız müəyyən hissəsinə qədər gedirdi.
Suraxanı rayonunun on yeddi min səkkiz yüz nəfər əhalinin yaşadığı Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri məqsədilə vəsaitin ayrılması barədə Sərəncamınızın əlaqədar təşkilatlar tərəfindən tez bir zamanda icrası nəticəsində yuxarıda sadaladığımız çətinliklər aradan qaldırıldı.
Cənab Prezident, Sizin xalqımıza göstərdiyiniz yüksək diqqət və qayğı bizi çox sevindirir. Tanrı Sizi qorusun.
Hörmətlə,
Hüseynov Rafiq Nəsirulla oğlu
Ağayev Oqtay Rauf oğlu
Məmmədov Tahir Vəkil oğlu
Əmirov Pərviz Adil oğlu və başqaları.
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi.