Ənvər Həsənov və başqalarından, Salyan, Azərbaycan
Möhtərəm cənab Prezident.
Dünyada sərhəd tanımayan, Azərbaycanda da yayılan koronavirus pandemiyasına qarşı gördüyünüz qabaqlayıcı tədbirlər, xəstəliyin əhatə dairəsinin daha da genişlənməməsi üçün verdiyiniz tapşırıqlar və görülən işləri nəzarətdə saxlamağınız xalqın sağlamlığının Sizin üçün hər şeydən üstün olduğunu göstərir.
Siz bir daha hər bir Azərbaycanlının Prezidenti olduğunuzu nümayiş etdirdiniz. Eyni zamanda, Sərəncamınızla Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, hörmətli Mehriban xanımla birlikdə bir illik əməkhaqqınızı bu Fonda ianə etməyiniz xalqımızın, iş adamlarının, müxtəlif sosial təbəqədən olan insanların bir məqsəd uğrunda səfərbər olmaları üçün böyük stimul oldu.
Cənab Prezident, Sizin bu gərgin və məsuliyyətli günlərdə etdiyiniz "Biz birlikdə güclüyük!" çağırışınız xalqımızın qəbul etdiyi həyat tərzi, yaşam kredosudur, inkişaf və tərəqqi formuludur. Ən əsası odur ki, "Biz birlikdə güclüyük!" çağırışınız Sizin rəhbərliyiniz və Allahın köməyi ilə koronavirus pandemiyası başa çatandan sonra da qüvvədə olacaqdır.
Dərin hörmətlə,
Həsənov Ənvər
Cəfərov Pirverdi
Əmənov Zahid
Abasov Təbriz və başqaları.
Azərbaycan Respublikası, Salyan rayonu, Birinci Varlı, Peyk, Yenikənd, Həsənli kəndləri.