14 aprel 2020, 10:15

Zaur Məmmədov və başqalarından, Daşkəsən, Azərbaycan

Hörmətli cənab Prezident.

Koronavirus pandemiyası dünyanın ümumi mənzərəsini dəyişib. Bu bəlanın qarşısını almaq üçün səmərəli önləyici tədbirlər görən ölkələrdən biri də məhz Azərbaycandır.

Vətəndaşlarımız da Sizin ətrafınızda sıx birləşərək, bu bəlaya qarşı mübarizədə həmrəylik nümayiş etdirirlər.

Daşkəsənlilər yaxşı bilirlər ki, təhlükənin qarşısını yalnız Sizin rəhbərliyinizlə almaq olar. Buna görə də dövlətin bütün qərarlarına dəstək veririk.

Xəstəliklə mübarizədə göstərdiyiniz əzmkarlığa və səylərinizə görə Sizə minnətdarlığımızı bildirir. Əminik ki, tezliklə bu mübarizədən alnıaçıq çıxacağıq.

Hörmətlə,

Məmmədov Zaur

Aşurov Elçin

Ələsgərov Əli

Vəliyeva Aybəniz

Qədirova Səbinə və başqaları (cəmi 21 nəfər).

Azərbaycan Respublikası, Daşkəsən rayonu.