12 aprel 2020, 14:30

Rasim Hüseynov və başqalarından, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində apardığınız işlər bir daha sübut etdi ki, insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı Sizin üçün hər şeydən önəmlidir. Biz – yaşı 65-dən yuxarı olan vətəndaşlar bir daha əmin olduq ki, ölkəmizdə milli-mənəvi dəyərlər, adət-ənənələr lazımınca qorunur, böyüyə, ağsaqqala hörmət gündən-günə daha da artır. Sizin biz yaşlılara diqqətlə yanaşmağınızın nəticəsidir ki, ölkədə elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar gənc nəslin nümayəndələri gündəlik qayğılarımızla maraqlanır, zəruri ərzaqla bağlı tələbatımızın ödənilməsinə kömək göstərirlər.

Əminik ki, Sizin uzaqgörən siyasətiniz nəticəsində "Biz birlikdə güclüyük!" çağırışınızla bu virusa qalib gələcək, bu bəladan az itki ilə qurtulacağıq. Biz Sizə güvənir, şərəfli və məsuliyyətli işinizdə uğurlar diləyirik.

Göyçay rayon ağsaqqalları adından dərin hörmətlə,

Hüseynov Rasim

Süleymanov Səməd

Orucov Xəlil

Məhərrəmov Nizami

Zeynalov Rauf

Zöhrabov Əli.

Azərbaycan Respublikası, Göyçay rayonu.