Fuad Əhmədovdan, Bakı, Azərbaycan
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Azərbaycan həqiqətlərini beynəlxalq miqyasda bir daha müdafiə etməyiniz, işğalçı ölkənin rəhbərinə verdiyiniz tutarlı cavablar məni bir gənc olaraq çox qürurlandırdı. Silahlı Qüvvələrimizin dünyanın ən güclü orduları arasında olması da siyasi arenada qazanılan qələbəmizin təminatı olduğunu deməyə əsas verir. Dünya arenasında Azərbaycanımızın haqlı mövqeyini hər zaman müdafiə etməyiniz, qətiyyətli addımlar ataraq ölkəmizin tərəqqisinə xidmət edən islahatlar aparmağınız Sizə olan inamımızı bir daha gücləndirir və sabahımıza əminlik ifadə edir. Azərbaycan gənci olaraq əminik ki, Sizin Ali Baş Komandanlığınız ilə Azərbaycan Bayrağının Qarabağda dalğalanacağı gün çox yaxındadır. Azərbaycan gəncliyi Sizinlə fəxr edir.
Hörmətlə,
“Hərbi And” qəzetinin əməkdaşı
Əhmədov Fuad
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu.