13 fevral 2020, 18:30

Bəşir Heybətovdan, Ağdam, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ağdam rayonunun Xındırıstan kəndinin sakinləri adından Sizə təşəkkürümüzü bildiririk.

Cəbhə bölgəsində yaşamaq, çalışmaq çətin olsa da, dövlətimizin qayğısı, diqqəti bizə böyük güc verir, bütün çətinlikləri unutdurur. Cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrimiz bu gün öz sosial-iqtisadi inkişaf səviyyəsinə, müasir görkəminə görə respublikamızın digər bölgələrindən heç də geri qalmır. Bütün bunlar düşmənə göz dağıdır. Onlar buna paxıllıqla yanaşırlar. Atəşkəsi pozaraq kənd və qəsəbələrimizi tez-tez atəşə tutmaları da elə bu paxıllıqdan və qeyri-insani münasibətlərindən irəli gəlir.

Xındırıstan kəndində abadlıq-quruculuq işləri uğurla davam etdirilir. Məscidimizin bərpası və yeni uşaq bağçasının tikilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub.

Cənab Prezident, rayonumuza göstərdiyiniz qayğıya görə bir daha Sizə dərin təşəkkürümüzü bildirirəm. Ömrünüz uzun olsun.

Hörmətlə,

Heybətov Bəşir Sabir oğlu.

Azərbaycan Respublikası, Ağdam rayonu, Xındırıstan kəndi.