26 dekabr 2019, 16:20

Osman Xəlilovdan, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident.

Yerli icra hakimiyyəti orqanlarının bəzi vəzifəli şəxslərinin vətəndaşların hüquqlarını pozmaqda, dövlətin qanunla qorunan mənafelərinə zərər vurmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinərək məsuliyyətlə cəlb olunması Azərbaycanın hüquqi dövlət olduğunu bir daha göstərir. Bu, bir vətəndaş olaraq məni çox sevindirir. Qanunsuz işlərlə məşğul olanlar, vətəndaşların hüquqlarını pozanlar əlbəttə ki, qanun qarşısında cavab verməlidirlər.

Cənab Prezident, Siz obyektiv, ədalətli və şəffaflığın tam təmin edilməsi üçün çalışan dövlət başçısısınız. Milyonlarla ölkə vətəndaşı kimi mən də Sizə minnətdaram.

Hörmətlə,

Xəlilov Osman Əsəd oğlu

Azərbaycan Respublikası, Yevlax rayonu, Əxşam kəndi.