03 dekabr 2019, 14:00

Ramiz İsayev və Amaliya Əhmədovadan, Zərdab, Azərbaycan

Çox hörmətli cənab Prezident.

Zərdab rayonunun avtomobil yollarının yenidən qurulması istiqamətində görülən işləri alqışlayırıq. Ağsu-Kürdəmir-Zərdab yolunun tikintisi məqsədilə vəsait ayrılması barədə Sərəncamınız bizi növbəti dəfə sevindirdi. Yollarımız yenidən qurulduqca insanların gediş-gəlişi, təsərrüfat işlərinə marağı artır və nəticədə onların daha firavan yaşayışı təmin edilir.

Möhtərəm cənab Prezident, Zərdaba və onun əhalisinə göstərdiyiniz böyük diqqət və qayğıya görə Dəkkəoba və Nəzəralılı kəndlərinin sakinləri adından Sizə təşəkkürümüzü bildirir, uzun ömür, möhkəm cansağlığı və Azərbaycanın daha da çiçəklənməsi üçün fəaliyyətinizdə yeni uğurlar arzu edirik.

Hörmətlə,

İsayev Ramiz Mirzağa oğlu,

Əhmədova Amaliya Ramazan qızı, şəhid ailəsinin üzvü.

Azərbaycan Respublikası, Zərdab rayonu.