Aynurə Ağacanovadan, Samux, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin bilavasitə təşəbbüsünüz, tapşırığınız və nəzarətinizlə keçirilən, Azərbaycanın sabahına hesablanaraq “Ölkəmizi tanıyaq” devizi altında təşkil olunan maarifləndirici tur-aksiyası gənclərə həssas münasibətinizin, diqqət və qayğınızın daha bir nümunəsidir. Bu səbəbdən də layihə tez bir zamanda diqqət çəkdi, ölkənin ictimai və mədəni həyatında mühüm hadisəyə çevrildi.
Layihənin həyata keçirilməsi ölkə gənclərinin, o cümlədən Samux məktəblilərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu ekskursiyalar ölkəmizin tarixini dərindən öyrənməklə bərabər, Sizin həyata keçirdiyiniz dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradır.
Bu tədbirin təşkilinə rayonumuzda da xüsusi diqqət göstərilir. Tur-aksiya iştirakçıları xüsusi geyimlə təmin olunmaqla bərabər, onların yola salınması və qarşılanması mərasimləri yüksək səviyyədə təşkil edilir.
Övladımın bu tur-aksiyada iştirakından sonra onda Vətənə, dövlətçiliyimizə və şəxsən Sizə olan məhəbbət hissinin nə qədər artdığının şahidi oldum.
Övladlarımıza göstərdiyiniz bu sonsuz qayğıya və diqqətə görə Sizə dərin təşəkkürümü bildirir, Sizə və ailənizə sağlamlıq və xoşbəxtlik arzulayıram.
Dərin hörmətlə,
Ağacanova Aynurə Nəriman qızı.
Azərbaycan Respublikası, Samux rayonu.