30 noyabr 2019, 17:00

İsmət Qarayev və başqalarından, Şəmkir, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin təşəbbüs və tapşırığınızla orta məktəb şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında hər il təşkil olunan maarifləndirici tur-aksiyaya görə Sizə təşəkkürümüzü bildiririk.

Bu gözəl təşəbbüslə ölkə gənclərinin Azərbaycanın bölgələri ilə yaxından tanışlığına şərait yaratmısınız. Biz də bu layihədə iştirak etdiyimiz üçün çox şadıq və bunu heç vaxt unutmayacağıq. Valideynlərimiz də Sizə təşəkkürlərini bildirirlər.

Cənab Prezident, Sizə olan sevgimiz sonsuzdur. Allah Sizi xalqımızın və biz gənclərin başı üzərindən əskik etməsin. Arzu edirik ki, gələcək illərdə Sizin rəhbərliyinizlə Qarabağda zəfər təntənəsini qeyd edək.

Allah Sizi və bayrağımızı daim uca etsin. Yaşasın, Azərbaycan!

Dərin hörmətlə,

Qarayev İsmət İlqar oğlu

Hüseynli Turac Mahir oğlu

Vəliyeva Şəms Zülal qızı

Məmmədov İsmayıl Cəmil oğlu.

Azərbaycan Respublikası, Şəmkir rayonu.