30 noyabr 2019, 16:00

Cavid Yaqubovdan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident.

BDU-nun 100 illik yubileyində çıxışınıza, orada səsləndirdiyiniz fikirlərə görə bir Azərbaycan gənci olaraq Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu fikirlərinizə, ictimai-siyasi və adət-ənənələrimizlə bağlı mövqeyinizə görə daim Azərbaycan gəncləri Sizin yanınızdadır və Sizi dəstəkləyir.

Onu da bildirmək istərdim ki, mən bir azərbaycanlı olaraq bir daha fəxarət hissi keçirdim. Buna səbəb isə bizim əsl tariximizi Sizdən dinlədim, müasir Azərbaycanın qayğısına qalmış, şər qüvvələrdən qorumuş dahi Heydər Əliyevimiz var idisə, 2003-cü ildən bəri böyük inkişaf əldə etmiş, həm daxili ictimaiyyətdə, həm xarici siyasətdə liderimiz, ölkəmizin keşiyində daim dayanan Prezidentimiz var.

Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev demişdir: “Mən həmişə fəxr etmişəm bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Əminəm ki, bütün Azərbaycan xalqı, həm azərbaycanlı olduğu üçün həm də Sizin kimi dahi liderimiz olduğu üçün fəxr edir. Sizə uğurlar arzu edirəm. Sizin uğurunuz Azərbaycanın və azərbaycanlının uğurudur. Allah hər sahədə Sizi və Azərbaycanımızı müvəffəq etsin.

Hörmətlə,

Yaqubov Cavid Çingizxan oğlu

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.