Esmira İsayevadan, Zərdab, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Siz əhalinin sosial məsələlərinin həlli istiqamətində böyük işlər görürsünüz. Sizin diqqət və qayğınız nəticənizdə rayonumuzun kəndlərinə içməli su və qaz xətti çəkilib, yeni məktəb binaları tikilib, uşaq bağçaları təmir edilib, elektrik təsərrüfatı yenidən qurulub.
Sizin bu günlərdə imzaladığınız Sərəncamla Ağsu-Kürdəmir--Zərdab avtomobil yolunun yenidən qurulması məqsədilə 5 milyon manat vəsait ayrılıb. Bu xəbər kəndimizin əhalisi üçün əsl bayrama çevrildi.
Xalqımızın problemlərinə ürəkdən yanmağınız xalqa bağlılığınızdan, Azərbaycanı sevməyinizdən irəli gəlir. Allah hər zaman Sizi sevindirsin. Ömrünüz uzun olsun.
Cənab Prezident, biz fəxr edirik ki, Sizin kimi rəhbərimiz var.
Hörmətlə,
İsayeva Esmira Hüseyin qızı.
Azərbaycan Respublikası, Zərdab rayonu, Şahhüseynli kəndi.