Faiq Məmmədovdan, Tərtər, Azərbaycan
Möhtərəm cənab Prezident.
“Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiya biz müəllimlərin də ürəyincədir. Şagirdlərimiz noyabrın 18-dən 21-dək Quba, Qusar, Xaçmaz rayonlarında olublar və xoş təəssüratla geri dönüblər. Bölgələrin sosial-iqtisadi inkişafi, tarixi, mədəni abidələri, adət-ənənələri ilə tanışlıq onların ölkəmizi yaxından tanımasında, dünyagörüşlərinin formalaşmasında böyük rol oynayır.
Cənab Prezident, məktəblilərə göstərdiyiniz diqqət və qayğıya görə “Ölkəmizi tanıyaq” devizi altında səyahət edən tərtərli məktəblilərin müəllimləri Sizə adından minnətdarlığımı bildirirəm. Cəbhə bölgəsində yaşayan tərtərlilər Sizi sevir və dəstəkləyirlər.
Tanrı Sizi qorusun.
Hörmətlə,
Məmmədov Faiq.
Azərbaycan Respublikası, Tərtər rayonu.