29 noyabr 2019, 13:00

İsa Abdullayev və başqalarından, Zərdab, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Azərbaycana rəhbərliyiniz dövründə ölkəmizin bütün bölgələrində avtomobil yollarının tikintisi istiqamətində genişmiqyaslı işlər aparılır. Yüzlərlə kənd və qəsəbənin yolları təmir edilib və yenidən qurulub. Bu yolların keçdiyi yaşayış məntəqələri də gözəlləşir və müasirləşir.

Sizin diqqət və qayğınız sayəsində Azərbaycanın adı dünyanın ən yaxşı yollarına malik ölkələrlə bir sırada çəkilir.

Zərdab rayonu da bu diqqət və qayğıdan kənarda qalmayıb. İllərlə arzusunda olduğumuz Ağsu-Kürdəmir-Zərdab avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması üçün vəsait ayırmağınız bu bölgənin sakinlərinə göstərdiyiniz qayğının və diqqətin nəticəsidir. Əvvəllər yolun təmirsiz olması səbəbindən qonşu rayonlara, kəndlərə gedib-gəlməkdə çətinlik çəkən sakinlər yaxın vaxtlarda həmin yoldan rahatlıqla istifadə edəcəklər.

Bütün bunlara görə Zərdabın Qaravəlli, Dəliquşçu, Salahlı, İsaqbağı, Körpükənd və Məmmədqasımlı kəndlərinin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildirir, gələcək işlərinizdə uğurlar arzulayırıq.

Allah Sizi qorusun, yolunuz daim açıq olsun.

Hörmətlə,

Abdullayev İsa Məmmədalı oğlu, şəhid atası

Sultanov Əhmədxan Usub oğlu

Abulov Həsən Dünyamalı oğlu

Soltanov Soltan Möhlət oğlu

Eminova Ruqsarə Məhəmməd qızı.

Azərbaycan Respublikası, Zərdab rayonu.