Günay Əsədovadan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Mənim övladım Xəzər rayonu, 156 saylı məktəbin 10-cu sinif şagirdidir. Bir valideyn olaraq “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində şagirdlərin bölgələrimizə səfərini dəstəkləyirəm. Mənim üçün sevindirici haldır ki, övladım da səfərə gedən uşaqların arasında idi. Səfər sayəsində qızım Azərbaycanın gözəl, cənnət guşələrindən olan Gəncə haqqında zəngin məlumata yiyələndi, dünyagörüşünü artırdı. Bu faydalı səfər övladımın yaddaşında əbədi iz buraxacaq.
Möhtərəm cənab Prezident, ilk növbədə, bu layihənin təşəbbüsçüsünə - Sizə təşəkkür edirəm. Sağ olun ki, uşaqlar üçün belə bir şərait yaratmısınız. Fəxr edirəm ki, Azərbaycan adlı qüdrətli dövlətdə yaşayıram.
Hörmətlə,
Əsədova Günay Rauf qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi.