Ayşən Cəbiyeva və başqalarından, Sumqayıt, Azərbaycan
Möhtərəm cənab Prezident.
Ölkənin aparıcı sənaye mərkəzlərindən biri kimi tanınan, eyni zamanda, mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə böyük uğurlar əldə etmiş Sumqayıtın inkişaf tarixi ulu öndər Heydər Əliyevin və Sizin adınızla bağlıdır. Məhz Ulu Öndərin diqqət və qayğısı sayəsində hələ ötən əsrin 70–80-ci illərində Sumqayıtda xüsusən neft və kimya sənayesi sürətlə inkişaf etmişdir. Son illər ərzində əldə edilən nailiyyətlər isə Sizin diqqət və qayğınızın göstəricisidir. Şəhərimizin inkişafı üçün daha geniş imkanlar açılıb, zamanın tələblərinə uyğun texnologiyalar əsasında yeni-yeni istehsal sahələri istismara verilib.
Sumqayıt şəhərinin 70 illik yubiley mərasimində iştirakınız, dənizkənarı bulvarın yeni salınmış hissəsində olmağınız, şəhərin çoxmənzilli binalarının dam örtüklərinin dəyişdirilməsi, “ASAN xidmət” mərkəzi və yeni məktəb binasının tikintisi, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması üçün vəsait ayırmağınız şəhərimizin simasını daha da gözəlləşdirəcəkdir.
Şəhərimizə göstərdiyiniz atalıq qayğısına görə bütün sakinlər adından Sizə təşəkkür edir, cansağlığı və uğurlar arzulayırıq.
Tanrı Sizi və ailənizi qorusun.
Hörmətlə,
Cəbiyeva Ayşən Oktay qızı
İsgəndərova Günay Qorxmaz qızı
Umudova Kifayət Baladayı qızı
Həsənova Sona Hüseyn qızı
Hüseynzadə Mehman Savalan oğlu və başqaları (45 nəfər).
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.