29 noyabr 2019, 10:15

Roza Səfərovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Siz ölkəmizdə çox böyük sosial islahatlar həyata keçirirsiniz. Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri mənzillərlə təmin olunur, onlara bir çox güzəştlər, sosial yardımlar edilir. Siz daim əhalinin vəziyyəti ilə maraqlanır, xalqın rifahının yaxşılaşması üçün müntəzəm olaraq tədbirlər görürsünüz. Həm Sizin, həm də ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Vətənimizə, xalqımıza olan sevgisi göz önündədir.

Cənab Prezident, Sizə böyük qürur və minnətdarlıq hissi ilə bildirmək istəyirəm ki, Sizin yürütdüyünüz sosial siyasət, dövlət qurumlarının rəhbərlərinin qarşısında qoyduğunuz tələb və tapşırıqlar yerlərdə uğurlu nəticələr verir.

Mənim həyat yoldaşım - müharibə veteranı, 1-ci qrup əlil Səfərov Qəfər Fərhad oğlu bu ilin avqustunda dünyasını dəyişib. Həmin çətin günlərdə biz dövlətimizin qayğısını bir daha hiss etdik, problemlərimiz həll olundu.

Bütün bunlar Sizin siyasətinizin ətrafında sevgi və minnətdarlıqla daha sıx birləşməyimizə əsas səbəblərdir. Ulu Tanrı Sizi qorusun.

Hörmətlə,

Səfərova Roza Qulu qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.