28 noyabr 2019, 18:30

Səyyarə Şükürovadan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Sumqayıtın 70 illiyi münasibətilə şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə, Sizin tərəfinizdən “Tərəqqi” medalı ilə təltif olunmağım mənə çox böyük fərəh hissi yaşatdı.

Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Sizin tərəfinizdən layiqincə davam etdirilən, ölkəmizin sosial-iqtisadi və mədəni həyatının yüksəldilməsində, əməyi keçən şəxslərin təltif edilməsi artıq ənənə halını almışdır. Sizin apardığınız uğurlu siyasətin nəticəsi olaraq, son illər ölkəmizdə qazanılan iqtisadi və sosial nailiyyətlər Sumqayıt şəhərinin timsalında əyani şəkildə görünür.

Şəhərimizə səfərinizdən sonra imzaladığınız sərəncamlarla verdiyiniz fəxri adlar, orden və medallar Sumqayıt sakinlərinə və əməkçilərinə göstərdiyiniz böyük etimad və qayğının bariz nümunəsidir. Bizim qarşımızda duran əsas vəzifə bu etimadı əməli işlərimizlə doğrultmaqdır.

Səmimiyyətlə,

Şükürova Səyyarə İkram qızı

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.