Zaur Qasımovdan, Qobustan, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin rəhbərliyinizlə Azərbaycan yüksək rifaha, təhlükəsizliyə, sabitliyə nail olan ölkə kimi tanınır. Həyatımızın bütün sahələrində inkişaf baş verir, insanların rifahı gündən-günə yaxşılaşır. Həyata keçirdiyiniz genişmiqyaslı iqtisadi islahatlar ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda sosial infrastruktur təminatının keyfiyyətlə yerinə yetirilməsinə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir. Əməkhaqqları, pensiyalar ilbəil artır, yeni iş yerləri yaradılır.
Cənab Prezident, Sizin bu ilin may ayında Qobustan rayonuna səfəriniz zamanı açılışını etdiyiniz xalçaçılıq müəssisəsi, yun və boyaq bitkilərinin tədarükü məntəqəsi, rayon xəstəxanası biz Qobustan sakinləri üçün yeni iş yerləri yaradıb. Xəstəxanamız müasir tələblərə tam cavab verir, bütün tibbi avadanlıqla təchiz edilib.
Möhtərəm cənab Prezident, görülən bütün bu işlərlə Siz bir daha sübut edirsiniz ki, Sizin yürütdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bir vətəndaş olaraq Sizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Qasımov Zaur Mehdi oğlu.
Azərbaycan Respublikası, Qobustan rayonu.