Sona Xəlilova və Abuzər Xəlilovdan, Zərdab, Azərbaycan
Hörmətli cənab Prezident.
Ağsu–Kürdəmir–Bəhrəmtəpə (53 km)–Zərdab avtomobil yolunun tikintisi ilə bağlı bu günlərdə imzaladığınız Sərəncama görə kənd sakinləri adından Sizə dərin təşəkkürümüzü bildiririk.
Zərdab rayonunun sakinlərinin intensiv istifadə etdikləri bu yolun təmirinə vəsait ayrılması xəbərini eşidəndə çox sevindik. Neçə illərdir bizi narahat edən yol problemi artıq öz həllini tapır. Rayonumuzun bir çox kəndlərinin sakinləri kimi, bizim Şəftəhal kəndinin sakinləri də bunu yüksək qiymətləndirir və təqdir edir.
Cənab Prezident, yolunuz hər zaman işıqlı, işləriniz avand olsun.
Hörmətlə,
Xəlilova Sona Bayram qızı, şəhid anası
Xəlilov Abuzər Əziz oğlu.
Azərbaycan Respublikası, Zərdab rayonu, Şəftəhal kəndi.