26 noyabr 2019, 17:05
Ülviyyə Əhmədovadan, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident.
Doğma şəhərimiz şərəfli inkişaf tarixi yaşayıb, 70 illik yubileyini qeyd edir. Respublikamızın bütün bölgələrdə olduğu kimi, şəhərimizdə də böyük abadlıq və quruculuq işləri aparılır.
Sizin qayğınız və diqqətiniz nəticəsində şəhərimiz gündən-günə abadlaşır, gözəlləşir, bir çox yeni sosial obyektlər tikilib, yeni iş yerləri açılıb. İnsanların rifah halı yaxşılaşıb. Sumqayıt və sumqayıtlılara göstərilən bu diqqət və qayğıya görə Sizə kollektivimiz adından dərin minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Əhmədova Ülviyyə Həsən qızı
Sumqayıt şəhər 24 saylı uşaq bağçasının kollektivi.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.