26 noyabr 2019, 13:05

Könül Əbdürəhmanova və başqalarından, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sumqayıtda abadlıq-quruculuq işlərinin aparılması ilə bağlı verdiyiniz sərəncamlar nəticəsində şəhərimiz gözəl şəhərlər siyahısına daxil olmuşdur. Gənclər şəhəri Sumqayıta və onun sakinlərinə hər zaman göstərdiyiniz diqqət bizi çox sevindirir. Şəhərimizin 70 illiyində iştirakınız, bu tarixi hadisə ərəfəsində imzaladığınız sərəncamlar, həmçinin respublikamıza rəhbərliyiniz dövründə Sumqayıta 20 dəfədən çox səfər etməyiniz bu diqqətin bariz nümunələridir. Bütün bunlar bizi daha yaxşı işləməyə, Vətənimizin sabahına inamla baxmağa ruhlandırır.

Cənab Prezident, şəhərimizin inkişafına verdiyiniz dəyərli töhfələrə görə Sizə dərin təşəkkürümüzü bildirir, işlərinizdə uğurlar, müvəffəqiyyətlər arzulayırıq. Əminik ki, Sizin rəhbərliyiniz altında ölkəmiz daha böyük nailiyyətlər əldə edəcəkdir. Allah Sizi və xeyirxah ailənizi qorusun!

Yaşasın çiçəklənən Azərbaycan!

Hörmətlə,

Əbdürəhmanova Könül Telman qızı,

İsmayılova Mehriban Yusif qızı,

Ağayeva Nazilə Yusif qızı,

İsmayılova Fatma Eyvaz qızı,

Əliyeva Jalə Əjdər qızı,

Hüseynli Sevinc Adil qızı və başqaları (cəmi 36 nəfər).

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.