Xəlil Rzalıdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Mən 121 saylı tam orta məktəbin şagirdiyəm. 2015-ci ildən bəri keçirilən “Ölkəmizi tanıyaq” layihəsində hər bir şagird iştirak etmək istəyir. Mən də sevindim ki, bu layihədə iştirak etmək hüququ qazandım. Bu layihə sayəsində mən tarixi şəhərlərimizdən biri olan Gəncəyə səfər etdim, onun haqqında ətraflı məlumat aldım, dünyagörüşümü daha da artırdım.
Biz nəinki Gəncə şəhərinə, həmçinin Göygöl və Şəmkir rayonlarına da getdik. Mən bir daha şahid oldum ki, Azərbaycanın bütün rayonlarında insanların rifahı yaxşılaşıb. Mən səmimi şəkildə bildirmək istəyirəm ki, Göygölü görməyi çox istəyirdim. Şəmkirdə mənim ən çox diqqətimi çəkən isə burada yerləşən Heydər Əliyev Mərkəzi idi. Bu layihə nəticəsində mən həm də yeni dostlar qazandım.
Cənab Prezident, bizə belə gözəl şərait yaratdığınız üçün Sizə çox minnətdaram. Biz Sizə güvənirik və Sizi dəstəkləyirik.
Hörmətlə,
Rzalı Xəlil Sübahət oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri.