Emin Quliyevdən, Tərtər, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin tapşırığınız əsasında "Ölkəmizi tanıyaq" devizi altında təşkil olunan və məktəblilərin ölkəmizin müxtəlif bölgələrinə səyahət etməsinə şərait yaradan maarifləndirici tur-aksiyanı biz müəllimlər də ürəkdən bəyənir və alqışlayırıq. Necə dəyərlər, "Yüz eşitməkdənsə bir görmək yaxşıdır."
Şagirdlərimiz bu dəfə Quba, Qusar, Xaçmazda oldular. Səyahət zamanı hər bölgənin təbiəti, adət-ənənəsi, tarixi, mədəni irsi, müasir həyatı ilə tanışlıq, uşaqlarda zəngin təəssürat yaradır, dünyagörüşü formalaşdırır.
Məktəblilərə belə maraqlı səyahətlər bəxş etdiyiniz üçün cəbhə bölgəsində yerləşən Tərtər rayonunun müəllimləri adından Sizə öz minnətdarlığımızı bildiririk. Gələcəyimiz olan uşaqların xoş, firavan, maraqlı həyat yaşaması üçün gördüyünüz işlərə görə çox sağ olun, cənab Prezident!
Hörmətlə,
Quliyev Emin
Azərbaycan Respublikası, Tərtər rayonu.