Xudayar Məmmədovdan, Lənkəran, Azərbaycan
Hörmətli cənab Prezident.
Ulu öndərimiz Heydər Əliyevin qurub-yaratdığı müasir və hüquqi bir dövlətdə bu gün Sizin tərəfinizdən həyata keçirilən mütərəqqi islahatlar və quruculuq işləri bütün sahələrdə olduğu kimi, daxili işlər orqanlarına da öz müsbət təsirini göstərmişdir. Ulu Öndərin respublikamıza rəhbərliyi dövründə mətinləşmiş, zamanın çətin sınaqlarından şərəflə çıxmış, Vətənə və xalqa xidməti vəzifəsini sədaqətlə yerinə yetirmiş, dövlətimizin konstitusiya quruluşunun əsaslarının müdafiəsində xüsusilə fərqlənərək onun dayaqlarından birinə çevrilmiş daxili işlər orqanları dəyərli ənənələr formalaşdırmışdır. Daxili işlər orqanları bu gün cinayətkarlığa qarşı mübarizədə və ictimai təhlükəsizliyin təmin olunması sahəsində üzərinə düşən vəzifələri və qarşıya qoyulmuş tapşırıqları yüksək məsuliyyət hissi və ləyaqətlə yerinə yetirir. Biz vətəndaşlar bununla yalnız fəxr edə bilərik. Çünki, hər bir dövlət, hər bir xalq üçün təhlükəsizliyinin təmin olunması ən başlıca amillərdən biridir.
Cənab Prezident, ölkəmizdə təhlükəsizliyin təmin olunmasına və əmin-amanlığın qorunub saxlanılmasına görə Sizə bir jurnalist olaraq öz dərin minnətdarlığımı bildirirəm. Çətin və şərəfli işinizdə Sizə müvəffəqiyyətlər arzulayır, cansağlığı diləyirəm.
Hörmətlə,
Məmmədov Xudayar Ramazan oğlu
Azərbaycan Respublikası, Lənkəran rayonu, Separadi kəndi.