25 noyabr 2019, 19:05

Mehdi Həmidovdan, Ağsu, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu yaxınlarda övladım “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edib

və qayıtdıqdan sonra təəssüratlarını yaxınları ilə bölüşüb. Azərbaycanın

dilbər guşəsi olan Quba, Qusar, Xaçmaz rayonlarının sosial-iqtisadi və

mədəni həyatı, o cümlədən Quba rayonundakı Soyqırımı Memorial

Kompleksi, Qusar rayonunun Həzrə kəndindəki Şeyx Cüneyd türbəsi,

“Şahdağ” Qış-Yay Turizm Kompleksində yaradılmış şərait, Xaçmaz

rayonundakı Şəxsiyyətlər parkı və sair barədə məlumatları övladımdan

eşitmək bir valideyn kimi məni sevindirdi. Çünki bütün şagirdlər kimi, mənim

övladımın da ölkəmizin inkişafını belə tur-aksiyalarda iştirak edərək

görməsi onun təhsilə olan marağını daha da artırır.

Cənab Prezident, bütün bunlara görə Sizə minnətdarlığımı və dərin

təşəkkürümü bildirirəm.

Hörmətlə,

Həmidov Mehdi Vahid oğlu.

Azərbaycan Respublikası, Ağsu rayonu.