İbrahim Əliyevdən, Gədəbəy, Azərbaycan
Möhtərəm cənab Prezident.
Azərbaycan xalqının xilaskarı, ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirməyiniz, onun əbədiyaşar ideyalarına sadiqliyiniz bizi çox sevindirir. Biz Sizin həyata keçirdiyiniz daxili və xarici siyasəti dəstəkləyirik.
Düşmənlə sərhəddə yerləşən Gədəbəy rayonu Sizin qayğınız sayəsində inkişaf edir. Həyata keçirilən abadlıq-quruculuq işləri rayonumuzun gözəlləşməsinə mühüm töhfə verir. Əhalinin işlə təmin olunması istiqamətində görülən tədbirlər də alqışalayiqdir. Xüsusilə gənclərin işlə təmin edilmələri onların pis vərdişlərdən uzaqlaşmalarına, özlərinin və ailələrinin maddi imkanlarının yaxşılaşmasına gətirib çıxarıb.
Möhtərəm cənab Prezident, əminik ki, işğal altında olan torpaqlarımız Sizin məqsədyönlü fəaliyyətiniz sayənizdə azad ediləcək, xalqımız daha firavan həyata sahib olacaqdır. Şəxsən öz adımdan və təmsil etdiyim təşkilatın üzvləri adından Sizə minnətdarlığımı bildirir, işlərinizdə uğurlar və cansağlığı arzulayıram.
Hörmətlə,
Əliyev İbrahim, Şəhid ailələri, Əlillər və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Gədəbəy rayon şöbəsinin sədri.
Azərbaycan Respublikası, Gədəbəy rayonu.