25 noyabr 2019, 14:25
Rəbiyyə Əliyeva və Rəşid Şərifovdan, Zərdab, Azərbaycan
Möhtərəm cənab Prezident.
Biz ahıl insanlarıq. Yollarımızın yaxşı vəziyyətdə olmaması səbəbindən uzun illər rayon mərkəzinə və qonşu rayonlara getməyə əziyyət çəkirdik. Sizin respublikamıza rəhbərliyiniz dövründə bizim kəndin yolları da təmir edilməyə başladı. Bu günlərdə isə Ağsu-Kürdəmir-Bəhrəmtəpə(53km)–Zərdab avtomobil yolunun tikintisi ilə bağlı Sərəncam verməyiniz bizi növbəti dəfə sevindirdi.
Əziz Prezidentimiz, buna görə şəxsən öz adımızdan və ailələrimiz adından Sizə dərin minnətdarlığımızı bildiririk. Kəndimizin bütün əhalisi hər zaman Sizi dəstəkləyir.
Hörmətlə,
Əliyeva Rəbiyyə Məmmədalı qızı, şəhid anası
Şərifov Rəşid İsbəndiyar oğlu.
Azərbaycan Respublikası, Zərdab rayonu, Əlvənd kəndi.