23 noyabr 2019, 16:30

Ağaveyis Yusibov və Güllü Səmidovadan, Zərdab, Azərbaycan

Hörmətli cənab Prezident.

Kəndlərin, qəsəbələrin yollarının təmiri və tikintisi üçün mütəmadi olaraq vəsait ayırmağınızı, bununla da həmin yaşayış məntəqələrinin inkişafına təkan verməyinizi daim alqışlayırıq.

Sizin diqqət və qayğınız sayəsində rayonumuzda kəndlərarası yolların tikintisi və əsaslı təmiri işləri aparılır. Ucar-Zərdab-Ağcabədi yolunun tikintisi davam etdirilir. Bu günlərdə isə daha bir sevindirici xəbər aldıq. Uzun illər arzusunda olduğumuz Ağsu-Kürdəmir-Zərdab avtomobil yolunun yenidən qurulması məqsədi ilə 5 milyon manat vəsaitin ayrılması ilə bağlı imzaladığınız sərəncam rayon əhalisinin, xüsusən də həmin yolun kənarında yerləşən kəndlərimizin əhalisinin böyük sevincinə səbəb olmuşdur. Yolun yenidən qurulması başa çatdıqdan sonra insanların rahat şəkildə ölkənin digər şəhər və rayonlarına getməsi, kənd təsərrüfatı məhsullarının itkisiz və qısa vaxt ərzində lazımi ünvanlara çatdırılması təmin olunacaqdır.

Görülən bütün işlərə görə kənd sakinləri adından Sizə minnətdarlıq edir, uzun ömür, gələcək işlərinizdə daha böyük uğurlar arzulayırıq.

Hörmətlə,

Yusibov Ağaveyis Ağalı oğlu ​​​​​​​​

Səmidova Güllü Həzi qızı

Azərbaycan Respublikası, Zərdab rayonu, Şahhüseynli kəndi.