Ziya Aşurov və başqalarından, Goranboy, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq apardığınız siyasət nəticəsində Azərbaycan Respublikası dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. Artıq Azərbaycanın adı hər yerdə hörmətlə çəkilir və xalqımız bununla qürur hissi duyur.
Həyata keçirdiyiniz uğurlu islahatlar mədəniyyət, incəsənət və təhsil sahələrində də öz əksini tapır. Sizin verdiyiniz sərəncama uyğun olaraq, biz mədəniyyət işçilərinin əmək haqları artırılmışdır. İmzaladığınız hər bir sərəncam, həyata keçirdiyiniz hər bir uğurlu islahat Azərbaycan xalqına göstərilən hərtərəfli qayğının bariz nümunəsidir.
Ulu Öndərimiz vaxtilə demişdir: "Təhsil millətin gələcəyidir. Xalqımızı xalq kimi, millət kimi qoruyub saxlayan amillərdən biri də mədəniyyətdir." Biz də bu müdrik sözləri rəhbər tutaraq onun arzularının layiqincə yerinə yetirilməsinə var qüvvəmizlə çalışacağıq.
Apardığınız uğurlu siyasəti və islahatları dəstəkləyirik və hər zaman Sizin yanınızdayıq.
Xocalı şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivi adından böyük hörmət və minnətdarlıq hissi ilə,
Aşırov Ziya Həsən oğlu,
Allahverdiyev Pərviz Ramiz oğlu,
Baxışov İqrar Məmməd oğlu,
Abdullayev Bəhruz Nizami oğlu,
Əvəzova Mətanət Mübariz qızı və başqaları (cəmi: 33 nəfər).
Azərbaycan Respublikası, Goranboy rayonu.-0-